HAYIF

Dünyada o qədər əclaflar var ki,
Kəmağəl, sərsəri, gicbəsər var ki,
Ciqan, cülüt, oğraş, nadürüst var ki,
Qanmazlar əlində qanana hayıf.

Haqsız məzəmmətə, yersiz töhmətə,
Saxta şərafətə, saxta hörmətə,
Saxta ar-namusa, saxta ismətə,
Nadanlar dilində yanana hayıf.

Əvvəlki Leylilər, Məcnunlar hanı?
Aşıq Ələsgərlər, Cününlar hanı?
Ülvi eşq uğrunda yananlar hanı?
Eşqi daşa dəyən canana hayıf.

İlqar öz fikrini bəyan et, bəyan,
Bu ki sir deyildir aləmə əyan.
Kimdi hörmət edən, səni bil sayan,
Olan həqiqəti danana hayıf.


Yorumlar - Yorum Yaz