ANAN ÖLSÜN A KORONA

Yaxşı görünmür bu gediş
Nə pul qalıb nədəki iş
Bu qizlardan bədtərimiş
Girir göndə donnan dona
Anan ölsün a korona

Heç bu günün sabası yox
Bunun dədəsi babası yox
Abiri yox hayası yox
İndi nə deyəsən buna
Anan ölsün a korona

Kasıb indi lap kasıbdı
Az qala özün asıbdı
Qizları saqqal basıbdı
Gedə bilmirlər salona
Anan ölsün a korona

Oof alışıb yanam
Yollar bağlanıbdı anam
On gündü gəlib qaynanam
Qayıda bilmir rayona
Anan ölsün a korona

Yeməkdən olmuşam girdə
İmkânım olsaydı birdə
Vallah çıxardım efirdə
Qişqirirdim mikrufuna
Anan ölsün a korona


Yorumlar - Yorum Yaz