YANASAN KORONA

Bir nahuşluq gəlib Çin’nən
Hamı dad təpir əlinnən
Vaksəni yox əvvəlinnən
Yaman düşmüşük toruna
Səni yanasan koruna.

Keşvərləri dolanırsan
Hər havada sən qalırsan
İlan kimi hey çalırsan
Rəhm eləmirsən tutana
Səni yanasan koruna.

Adın düşübdü dillərə
Vəhşət salmışsan evlərə
Ged ayrı ölkə ellərə
Hər yanı qoydun verana
Səni yanasan koruna.

Mərziləri bağlamısan
Bizi dalı saxlamısan
Çox sinələr dağlamısan
Çıx get ginən sən Vuhan’a
Səni yanasan koruna.

Deyillər ki çox zəifsən
Amma hammıya hərifsən
Anfulanzayla rəqibsən
Mərdumu saldın oyuna
Səni yanasan koruna

Tapacaxlar dermanını
Alacaxlar o canını
Yaman soydun devranını
Rast gələsən bir tufana
Səni yanasan koruna


Yorumlar - Yorum Yaz